"Sabah" legioneri ilə yolları ayırdı
Mövsüm başa çatmamış "Sabah" klubunda ilk ayrılıq baş verib. Yarımmüdafiəçi Miloş Bosançiç klubu tərk edib. 31 yaşlı serbiyalı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. cari mövsümün əvvəlində "Slovan"dan "Keşlə"yə keçən Bosançiç az sonra "Sabah"ın yolunu tutub.