Bu gün Avropa Liqasında II təsnifat mərhələsində ilk oyunlar keçirilir. Matc.az saytının məlumatına görə, Azərbaycanı bu turnirdə təmsil edən "Neftçi" növbəti sınağına çıxıb.

I raundda Moldova "Sperantsa"sını asanlıqla mübarizədən kənarlaşdıran "ağ-qaralar" bu dəfə Rusiya Premyer Liqasının təmsilçisi "Arsenal"la üz-üzə gəlib. Roberto Bordinin yetirmələri ilk oyununu səfərdə keçirib. I mərhələdə qapısında qol görməyən "flaqman" bu seriyanı Tulada da davam etdirmək əzmindəydi. "Ağ-qaralar" bu istəyinə nail olublar. özü də minimal hesablı qələbə ilə. Bu qələbədən sonra "Neftçi"yə cavab matçında hətta istənilən heç-heçə də bəs edəcək.

 

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyun

25 iyul

21:00. "Arsenal" (Tula, Rusiya) – "Neftçi" (Azərbaycan) 0:1
Qol: D.Federiko, 45+1.
Hakimlər: Enea Yorqyi, Ridiger çokay, İlir Tartaray, Klaydi Kola (hamısı Albaniya)
Hakim-inspektor: Pavel Salıy (Qazaxıstan)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Tula. "Arsenal" mərkəzi stadionu.

Arsenal: 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Gia Qriqalava, 9. Kiril Kombarov (k), 11. Sergey Tkaçev, 20. Qoran çauşiç, 21. Viktor Alvares, 22. Daniel Lisovıy, 23. İqor Qorbatenko, 29. Lamek Banda, 30. Aleksandr Tudor.
Ehtiyat oyunçular: 1. Artuq Niqmatullin, 13. Maksim Volodko, 14. Anri Xaquş, 17. Quram Adzoyev, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov, 71. Aleksandr Denisov.
Baş məşqçi: İqor çerevçenko.

Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə.
Baş məşqçi: Roberto Bordin.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest