"çempionlar Liqası və Avropa Liqası oyunlarından ötrü darıxıram". Matc.az saytının məlumatına görə, bunu "Arsenal"ın kapitanı Kirill Kombarov deyib.

Rusiya klubu Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində bu gün "Neftçi"ni qəbul edəcək. Oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşən Kombarov iddialı danışıb.

Müdafiəçi cavab qarşılaşması öncəsi qələbənin vacibliyini vurğulayıb: "Neftçi" ilə oyun Tula üçün tarixi hadisədi. Bunun məsuliyyətini dərk edirik. Bu üzdən də əlavə motivasiyaya ehtiyacımız yoxdu. İlk oyunu evdə keçirirsənsə, qol buraxmamalısan. öz meydanımızda mütləq qol vurmalı və eyni zamanda buraxmamalıyıq. Bunu bacarsaq, cavab görüşü asan keçəcək".

Qeyd edək ki, Tulada keçiriləcək "Arsenal" - "Neftçi" matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest