"Feyenoord" barədə düşünmürük. İndi yeganə narahatlığımız "Qəbələ" ilə oyunlardı. Hazırda yaxşı vəziyyətdəyik. Məşqçilər korpusu rəqabət şəraitində heyət qurmaq imkanına malikdi. Bizə yeni və güclü oyunçular qoşulub".
"Feyenoord" barədə düşünmürük. İndi yeganə narahatlığımız "Qəbələ" ilə oyunlardı". Matc.az saytının məlumatına görə, bunu Tbilisi "Dinamo"sunun qapıçısı Xose Perales deyib.
Gürcüstan klubu Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Qəbələ"nin qonağı olacaq. Qarşılaşma ilə bağlı fikirlərini bölüşən ispaniyalı qolkiper Qəbələdəki sınağa hazır olduqlarını bildirib: "Hazırda yaxşı vəziyyətdəyik. Məşqçilər korpusu rəqabət şəraitində heyət qurmaq imkanına malikdi. Bizə yeni və güclü oyunçular qoşulub. ümumiyyətlə, "Dinamo" yaxşı durumdadı və "Qəbələ" ilə matça tam hazırıq".
Qeyd edək ki, bu gün Qəbələdə keçiriləcək "Qəbələ" - "Dinamo" oyunu saat 19:00-da başlayacaq.