25 İyul 2019, 22:36
AVROPA LİQASI
"Qəbələ"nin baş məşqçisi Zaur Həşimov Avropa Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandasına evdə 0:2 hesabı ilə uduzduqları ilk matçdan sonra mətbuat konfransı keçirib
"Qəbələ"nin baş məşqçisi Zaur Həşimov Avropa Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandasına evdə 0:2 hesabı ilə uduzduqları ilk matçdan sonra mətbuat konfransı keçirib. Matc.az xəbər verir ki, gənc mütəxəssis öncə matçı dəyərləndirib.
- Yaxşı, mobil komandaya qarşı oynadıq. Bilirdik ki, fiziki, taktiki planda hazırlıqı komandadır. Bunu meydanda da göstərdilər. Göstərdilər ki, hazırda optimal formadadırlar. Əbəs yerə çempionatda lider deyillər. İtkilərimiz vardı. Zədəli, tam hazır olmayan futbolçularımız var. Davit Volkov toplanışda zədələnmişdi. Yeni komanda qururuq. Optimal formada olduğumuzu deyə bilmərəm. Evdəki ilk matçda 0:2 hesabı ilə uduzmağımız bizə pis təsir edir.
- Qələbə gəlmək üçün planınız nə idi?
- Əlimizə düşən qol şansları uzun ötürmələrdən sonra olurdu. Rəqibin müdafiəsinin arxasına verilən ötürmələrlə buna nail olmaq istəyiridk. Bəzən alınırdı, ancaq son zərbə qapıya getmirdi.
- ülvü İsgəndərov məşqlərin, yoxlama oyunlarının kralıdır. Amma bu gün heç nə ilə yadda qalmadı. Belə olan halda, onu niyə tez əvəzləmədiniz?
- ülvü hazırda yaxşı formadadır. Onu əvəzləyə bilən yeganə hücumçumuz Kristian Kuakudur ki, o da hələ tam hazır deyil. Həm də nəzərə alaq ki, İsgəndərovun avrokuboklarda debütü idi. Bəlkə də həyəcan oyununu göstərməyə imkan vermədi. Ona güvənirik və qarşıdakı mövümdə bizə çox kömək edəcək.
- Volkovun zədəli olduğunu dediniz. Ancaq oyundan çıxanda əvəzlənməyinə etiraz etdi...
- Onun mövsüm bitəndən sonra ailəsində itki oldu, düşərgəmizi tərk etdi. Sonradan toplanışımıza qoşuldu. Davit heç bir yoxlama matçında 90 dəqiqə oynamayıb. Etrirazını başa düşürük. Avrokubok matçında sonadək meydanda olmağı arzulayırdı. üstəlik, həmyerliləri ilə oyunda özünü göstərmək istəyirdi. Böyük etirazı olmadı, tezliklə hər şey qaydasına düşdü.
- Rəqibi iş başında gördünüz. Cavab matçında nəyə ümid edək?
- Bu sualı gözləyirdim. Rəqibi daha yaxşı tanıdıq. üstün və zəif cəhətlərini gördük. Gürcüstana qələbə dalınca gedəcəyik. İndidən artıq əlimizi yana salmırıq.
- Klub rəhbərliyi daha transfer olmayacağını açıqlayıb. Bu heyətlə çempionatda hədəfləriniz nə olacaq?
- Bu, Sənan Qurbanova veriləsi sualdır. Bu gün üçün oyunumuz optimal səviyyədə deyil. Gənc futbolçularımız yeni qoşulublar. Akademiyadan çox futbolçu götürmüşük. Legionerlərimiz də gec qoşulub. Şəxsi fikrim belədir ki, çempionatda daha optimal "Qəbələ" görəcəyik. (Report)