"Neftçi" müdafiədə çox əla oynadı. Futbolçularımızı bağladılar. Uduzduq, belə alındı. Amma cavab matçı var. Bu gün 0:0 olsaydı belə, səfərdə qol vurmalıydıq"

"çox şey alınmadı. Rəqibin ilk dəqiqələrdən tətbiq etdiyi pressinqdən çıxa bilmədik". Matc.az xəbər verir ki, bunları Rusiyanın "Arsenal" komandasının baş məşqçisi İqor çerevçenko "Neftçi"yə  evdə 0:1 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında söyləyib.
 
Onun sözlərinə görə, hələ mərhələ keçmək şanslarını saxlayıblar: 
 
"Neftçi" müdafiədə çox əla oynadı. Futbolçularımızı bağladılar. Uduzduq, belə alındı. Amma cavab matçı var. Bu gün 0:0 olsaydı belə, səfərdə qol vurmalıydıq. "Neftçi" hər il avrokuboka gedən komandadır, təcrübələri çoxdur. İlk 5 dəqiqədə öz meydanımızdan çıxa bilmirdik. Rəqib çox yaxşı pressinq etdi. Buna hazırlaşmışdıq, amma alınmadı. Hamımız birgə məğlub olduq. Məğlubiyyəti futbolçuların və ya məşqçinin ayağına yazmayaq". (Report)
 
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 1-də Bakıda olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest