"Nəticə məntiqəuyğundu. "Neftçi" oyunu daha yaxşı keçirdi, "Arsenal"da isə alınmadı". Matc.az saytının məlumatına görə, bunu Rusiyanın əfsanəvi futbolçusu Andrey Arşavin deyib.

"Zenit" və London "Arsenal"ının sabiq hücumçusu ölkəsində "Matç TV" kanalında Avropa Liqasının II təsinfat mərhələsində keçirilən "Arsenal" - "Neftçi" görüşünü şərh edib. 38 yaşlı veteran futbolçu həmyerlilərinin matçı zəif keçirdiyini söyləyib.

"Neftçi"nin 1:0 hesablı qələbəsini ədalətli sayan Arşavin "ağ-qaralar"ın Rusiya çempionatında oynamaq iqtidarında olduğunu da vurğulayıb: "Neftçi" Rusiya Premyer Liqasında 6-16-cı yerlər arasında istənilən pillədə qərarlaşa bilər. "Arsenal"ın tam gücünü daha sonra biləcəyik, ancaq ilk növbədə "Neftçi"ni keçmək lazımdı. Azərbaycanlılar daha yaxşı hücum etdilər. Zərbə lazım olanda zərbə vurdular, ötürmə lazım olan epizodlarda ötürmə verdilər. "Arsenal"ın heyətində Kanqvanın oynaması daha yaxşı olardı. Xatırlayıram ki, Azərbaycan millisinə qarşı çıxış etdiyim zaman onlar sərt futbol göstərirdilər".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 1-də "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest