28 yaşlı qolkiper yerli mətbuata açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirilən oyunu dəyərləndirib. Levaşov az adamla hücuma çıxmalarından narazılıq bildirib.
"Uşaqlar fərqli mövqelərdə oynayırlar, onlara baxılır. Həmçinin iki yeni hücumçu gəlib". Matc.az saytının məlumatına görə, bunu "Arsenal"ın qapıçısı Mixail Levaşov deyib.
28 yaşlı qolkiper yerli mətbuata açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirilən oyunu dəyərləndirib. Levaşov az adamla hücuma çıxmalarından narazılıq bildirib: "Komandada laqeydlik yox idi, məşqə də, oyuna da eyni həyəcanla çıxmışdıq. Ancaq ümumilikdə hücumda futbolçular bir-birilərini başa düşmürdülər. Fikrimcə, daha 1-2 oyunçunun hücuma çıxması bizə mane olmaz".
Qeyd edək ki, "Neftçi" Dario Frederikonun yeganə qolu ilə səfər qələbəsi qazanıb. Cavab görüşü avqustun 1-də "Bakcell Arena"da baş tutacaq.