"Arsenal" hücumda kompakt komanda kimi görünmədi, hücumlar xaotik alınır, nadir hallarda qapıya zərbə olurdu. Fasilə ərəfəsində buraxılan qol isə üzücü alındı. Qonaqların əks-hücumu zamanı ev sahiblərinin müdafiəçiləri daha çox olurdu".
"Tulanın tarixindəki ilk avrokubok oyununda "Arsenal"ın ön xəttinin liderlərinin gedişindən sonra gözlənilən baş verdi. Komandanı texnikalı, təkbətək mübarizələrdə güclü olan Bakayev və Mirzov, həmçinin epizodları düzgün dəyərləndirən Corceviç tərk edib. Bunlara Kanqvanın zədələnməsi də əlavə olundu".
Matc.az saytının məlumatına görə, bunu rusiyalı məşqçi Aleksandr Bubnov deyib. Veteran futbolçu yerli mətbuata açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində keçirilən "Arsenal" - "Neftçi" oyununu dəyərləndirib.
64 yaşlı mütəxəssis "Neftçi"nin daha yaxşı oynadığını və bunun da nəticəsində 1:0 hesablı qələbə qazandığını söyləyib: "Arsenal" hücumda kompakt komanda kimi görünmədi, hücumlar xaotik alınır, nadir hallarda qapıya zərbə olurdu. Fasilə ərəfəsində buraxılan qol isə üzücü alındı. Qonaqların əks-hücumu zamanı ev sahiblərinin müdafiəçiləri daha çox olurdu. Ancaq onlar rəqibin hücumçularını dayandıra bilmədilər. "Neftçi" hesabda önə keçdikdən sonra oyuna inamla nəzarət edir, özünü yaxşı qurulmuş komanda kimi aparırdı. özünü itirməyən "Neftçi"nin heyətində bir sıra texnikalı futbolçular var. Qapıçı Levaşov olmasaydı və bəxtimiz gətirməsəydi, "Neftçi" daha böyük hesabla qalib gələrdi".
O, cavab matçında "Neftçi"nin favorit olacağını vurğulayıb: "Cavab görüşü öncəsi Azərbaycan komandası aşkar favorit görünür. "Arsenal"ın növbəti mərhələyə keçməsi asan olmayacaq. Amma vəziyyət ümidsiz deyil. Əgər səfərdə erkən qol vurub, əks-hücumlarda dəqiq oynayıb, standart vəziyyətlərdən istifadə edilsə, hər şey mümkündü. 0:1 sürüşkən hesabdı".
Qeyd edək ki, cavab görüşü avqustun 1-də "Bakcell Arena"da keçiriləcək.