26 İyul 2019, 13:15
AVROPA LİQASI
Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Neftçi" – "Arsenal" görüşünün təyinatları müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA gələn həftə keçiriləcək qarşılaşmaya Maltadan olan hakimlər briqadasını göndərəcək.
Oyunun baş hakimi Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcək. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək.
UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.
Qeyd edək ki, avqustun 1-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Arsenal" oyunu saat 21:00-da başlayacaq.