"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Arsenal" heyətini gücləndirib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Moskva "Spartak"ının yarımmüdafiəçisi Aleksandr Lomovitski cari mövsümü Tula təmsilçisində keçirəcək.

Belə ki, "Arsenal" onu birillik icarəyə götürüb. Tulalılar futbolçunu birdəfəlik transfer etmək hüququna malik deyillər. Əgər "Arsenal" Avropa Liqasında mərhələ adlamağı bacarsa, III raundda 21 yaşlı oyunçunu sifariş edə biləcək.

Qeyd edək ki, "Arsenal"la "Neftçi" arasında keçirilən ilk oyunda Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması avqustun 1-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest