"Matçın əvvəlində "Arsenal" yaxşı qol imkanı əldə etdi. Komanda oyuna dominantlıq edirdi". Matc.az saytının məlumatına görə, bunu Rusiyanın gənclər yığmasının sabiq baş məşqçisi Ravil Sabitov deyib.

O, Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"la "Neftçi" arasında keçirilən ilk oyunu dəyərləndirib. 51 yaşlı mütəxəssis "Neftçi"nin qələbə qazanmasını (1:0) bakılıların görüşə düzgün hazırlaşması ilə əlaqələndirib.

Sabitov "ağ-qaralar"ın meydan sahiblərindən üstün çıxış etdiklərini də vurğulayıb: "Neftçi" "Arsenal"ı çox yaxşı öyrənmişdi. Bakılılar Tula klubunun top çevirməyi və orta-qısa ötürmələri sevdiyini gözəl bilirdilər. Buna görə də, "Neftçi" birinci hissədə aqressiv taktika ilə çıxış etdi. Beləliklə, "Neftçi" "Arsenal"ı öz oyunundan uzaqlaşmağa çalışdı və prinsipcə bunu bacardı. "Arsenal" fasilədən sonra tamamilə qarışıq futbol oynadı. Fasilə ərəfəsində buraxılan qol onları psixoloji cəhətdən "sındırdı". İkinci hissədə heç cür oyun qura bilmədilər. Meydanda çox az mübarizə getdi, "Neftçi" Mamadu Kanenin zərbəsi ilə təhlükə yaratdı. Onun uzaq məsafədən zərbəsi dirəkdən döndü. "Arsenal"ın matçın gedişatını dəyişməyə yaxın olduğunu demək mümkün deyil. "Neftçi" ağıllı futbol oynadı, meydana yaxşı yayıldılar və təzyiq göstərdilər. Bakılılarda italyan məktəbinin olması təsirli idi. Onlar fiziki cəhətdən çox yaxşı görünürdülər".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 1-də "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest