Avropa Liqasının II təsnifat mərhələsindəki rəqiblər "Neftçi" ilə "Arsenal" arasında meydandankənar zarafatlaşma davam edir. Matc.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi Tuladakı ilk görüşdən sonra rəqibə sosial şəbəkə vasitəsilə növbəti dəfə atmaca atıb.

Samovar çayı söhbətini davam etdirən "ağ-qaralar" tvitter vasitəsilə Rusiya klubuna ismarıc göndərib: "Demişdiniz ki, biz çay içəcəyik. Yaxşı, Bakıya gəlin, bizim hesabımız var. Pryaniki unutmayın".

Bundan əvvəl isə təmsilçimiz oyuna görə rəqibə təşəkkür etmişdi: "Hər şeyə görə sağ olun, "Arsenal". Bu, əla oyun idi və hələ heç nə həll edilməyib. Gələn həftə Bakıya xoş uçuş arzulayırıq. ümid edirik ki, sizinlə tezliklə görüşəcəyik".

Tulada keçirilən ilk oyunda "Neftçi" 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması avqustun 1-də Bakıda baş tutacaq.

Qeyd edək ki, ilk oyundan əvvəl klublar tvitter vasitəsilə bir-biri ilə zarafatlaşmışdı. "Neftçi" Rusiyaya samovar aparmaq istədiyini, "Arsenal" isə cavabında pryanik verəcəyini bildirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest