Bakı hazırlığını başa vuran "Keşlə" təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanıb. Matc.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, komanda artıq qonşu ölkəyə çatıb.

Tərlan Əhmədovun kollektivi Bolu vilayətinin Gerede qəsəbəsində toplanış keçəcək. Komanda bu gün axşam məşqilə kifayətlənəcək.

"Keşlə" Türkiyədə ilk yoxlama görüşünü iyulun 31-də yerli "Osmanlıspor"a qarşı keçirəcək. Komanda avqustun 2-də və 4-də də qüvvəsini sınayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest