"Lill"in hücumçusu Nikolya Pepenin yeni komandasının adına böyük ölçüdə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 24 yaşlı forvard İngiltərə Premyer Liqasında oynamağa hazırlaşır.

Bir neçə klubun maraq dairəsində olan Fil Dişi Sahili millisinin üzvü "Arsenal"ın təklifini müsbət cavablandırıb. Klublar arasında danışıq da yekunlaşıb. Razılığa əsasən, "Lill" transferdən 80 milyon avroluq qazanc götürəcək. "Topçular" bu məbləği bir neçə il ərzində hissə-hissə ödəyəcək. Pepe yeni komandası ilə 5 illik müqavilə bağlayacaq. Keçidin qarşıdakı iki gün ərzində açıqlanması gözlənilir.

Qeyd edək ki, Nikolya Pepe ötən mövsüm Liqa1-də keçirdiyi 37 oyunda 22 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest