İspaniyanın "Vilyarreal" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "Fulhem"dən Andre Zambo Anqissanı heyətinə qatıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi 2019/20 mövsümünü icarə əsasında "Fulhem"də keçirəcək.
 
Anqissa ötən il 25 milyon avro qarşılığında "Marsel"dən "Fulhem"ə keçib. Kamerun millisinin də formasını geyinən yarımmüdafiəçi son mövsümdə Premyer Liqada 22 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest