29 İyul 2019, 12:00
FUTBOL
"Latsio"nun yarımmüdafiəçisi Serey Milinkoviç-Saviç İngiltərəyə köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuaa istinadən məlumatına görə, Serbiya millisinin üzvü "Mançester Yunayted"ə keçməyə çox yaxındı.
24 yaşlı futbolçu "qırmızı şeytanlar"la şəxsi razılığa gəlib. Orta sahə oyunçusunun meneceri yaxın vaxtlarda İngiltərəyə yollanaraq danışıqları yekunlaşdılaracaq. Onun gəlişi Pol Poqbanın "Real"a satılmasına yol aça bilər.
Saviçin "mankunianlar"la 5 illik müqavilə imzalaması və ilinə 6 milyon avro maaş qazanması gözlənilir. "Mançester Yunayted" bu keçid üçün 75 milyon avro ödəyəcək. Həmçinin italyanlar əlavə 15 milyon avro bonus da əldə edə bilər.