Qaret Beyl çin klubu "çyansu Suninq"ə transferi baş tutmadığı üçün "Real" rəhbərliyinə əsəbləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, uelsli futbolçunun "kral klubu"nun prezidenti Florentino Pereslə münasibətləri yenidən pisləşib.

çünki Beyl "çyansu Suninq"lə 3 illik müqaviləni razılaşdırmışdı. O, ilinə 22 milyon avro qazanacaqdı. Lakin "Real" çinlilərin təklifini rədd etmiş, daha yüksək məbləğdə pul istəmişdi. Klubuna təzyiq göstərən Beyl çində "transfer pəncərəsi" bağlanmamış keçidin reallaşmasını istəyib.

Qeyd edək ki, Qaret Beyl 2013-cü ildən "Real"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest