Fransa millisinin sabiq müdafiəçisi Patris Evra karyerasını başa vurub. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bunu 38 yaşlı futbolçu özü söyləyib.

O, bundan sonra məşqçi kimi çalışmaq istədiyini bildirib: "Futbolçu karyeram rəsmən başa çatdı. 2013-cü ildə UEFA-nın B kateqoriyalı kursunda iştirak etmişəm. Təhsilimi bitirmək və A lisenziyasını almaq istəyirəm. Hər şey plan üzrə getsə, il yarımdan sonra istənilən klubu çalışdırmağa hazır olacam".

Qeyd edək ki, Patris Evra karyerası ərzində "Marsala", "Monza", "Nitsa", "Monako", "Mançester Yunayted", "Yuventus", "Marsel" və "Vest Hem"in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest