"Mançester Yunayted" təlim-məşq toplanışının növbəti mərhələsi üçün Norveçə yollanacaq. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, səfərə aparılacaq heyət açıqlanıb.

Maraqlıdı ki, "Yuventus" və "İnter"in diqqət mərkəzində olan hücumçu Romelu Lukaku Norveçə yollanacaq heyətə salınmayıb. ümumilikdə 25 futbolçu məşqçilər korpusunun ixtiyarında olacaq. Komanda səfər çərçivəsində sabah yerli "Kristiansund"la yoxlama görüşü keçirəcək.

"Qırmızı şeytanlar" avqustun 3-də isə Kardiffdə Beynəlxalq çempionlar Kuboku turnirində "Milan"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest