21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç və köməkçi-məşqçi Vladimir Kozul Türkiyədə təlim-məşq toplanışında olan Premyer Liqa klublarını ziyarət edib. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, məşqçilər korpusu iyulun 24-dən 28-dək qonşu ölkədə olub.

Bu müddət ərzində onlar "Sumqayıt"la yanaşı, "Zirə" və "Sabah"ın məşq prosesini və yoxlama oyunlarını izləyiblər.

Obradoviç komandaların baş məşqçiləri ilə görüşüb, fikir mübadiləsi aparıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest