"Barselona" hücumçusu Malkomu satmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, artıq iki klubdan bununla bağlı rəsmi təklif gəlib.

"Zenit"in 35+5 milyon avroluq təklifini rədd edən kataloniyalıların qapısını indi də "Everton" döyüb. Premyer Liqa təmsilçisi qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdı. İspaniya çempionu isə Braziliya millisinin üzvünü 45 milyon avroya satmaq niyyətindədi. Malkomun tezliklə "Zenit" və ya "Everton"a transfer edilməsi gözlənilir.

Qeyd edək ki, "Barselona" Malkomu ötən ilin yayında 41 milyon avroya "Bordo"dan alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest