"Sassuolo"nun hücumçusu Kevin-Prins Boatenq yenidən İtaliyada çıxış edəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Qana millisinin üzvü bu dəfə "Fiorentina"nın formasını geyinəcək.

ötən mövsümün ikinci dövrəsini icarə əsasında "Barselona"da keçirən 32 yaşlı forvard florensiyalılarla hərtərəfli anlaşıb. Sabiq "Milan"lı yeni komandası ilə 2 illik müqavilə imzalayacaq. Futbolçunun "Sassuolo" ilə hələ 2 illik sözləşməsi olduğundan, "Fiorentina" qarşı tərəfi də bu keçidə razı salmalıdı.

Qeyd edək ki, Kevin-Prins Boatenq ötən mövsüm "Barselona"nın heyətində cəmi 4 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest