Argentina millisinin baş məşqçisi Lionel Skaloni ilə bağlı yekun qərar verilib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc mütəxəssis postunda saxlanılıb.

41 yaşlı çalışdırıcı Argentina Futbol Federasiyası ilə müqavilə müddətini 2022-ci ilin sonuna qədər uzadıb. Bu isə o deməkdi ki, seçmə mərhələ səddini aşarsa, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına "tanqoçular"ı məhz Skaloni aparacaq.

Qeyd edək ki, Lionel Skaloni ötən ildən Argentina yığmasını çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest