İyulun 23-dən 27-dək İngiltərənin Birmingem şəhərində İngiltərə Futbol Assosiasiyasının təşkilatçılığı ilə Liderlik Akademiyası layihəsi həyata keçirilib. Matc.az xəbər verir ki, UEFA Avropa Liqası Final 2019-un və AVRO-2020-nin könüllüsü Camal Səmədov AFFA-nın xətti ilə layihədə iştirak edib.

Liderlik Akademiyasına 14 fərqli ölkənin hərəsindən 1 təmsilçi qatılıb. Digər iştirakçılar isə İngiltərənin müxtəlif şəhərlərini təmsil edib. ümumilikdə, tədbir 100-ə yaxın gəncin iştirakı ilə keçirilib.

Layihə müddətində liderliklə bağlı təlimlər, komanda quruculuğu ilə bağlı müxtəlif yarışlar, oyunlar təşkil edilib. Eyni zamanda AVRO-2020 ilə bağlı geniş  təqdimat nümayiş olunub.

Mənbə: affa.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest