"Yuventus"un müdafiəçisi Joao Kanselo İngiltərəyə köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumarına görə, "Mançester Siti" Portuqaliya millisinin üzvündən əl çəkmir.

Müdafiənin sağ cinahında Kayl Uolkerə alternativ olmadığından "şəhərlilər" Kanselonun onunla rəqabət aparmasını istəyirlər. "Yuve"nin yeni baş məşqçisi Mauritsio Sarri 25 yaşlı oyunçuya əsas heyətdə yer vermək fikrində deyil. Bu, Kanselonun keçidini şərtləndirə bilər. Ancaq italyanlar futbolçunu 50 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, Joao Kanselo "Yuventus"a ötən il "Valensiya"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest