"Barselona"nın hücumçusu Malkom Rusiyaya köçür. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Braziliya millisinin üzvü "Zenit"lə anlaşıb.

Klublar arasında danışıqlara artıq yekun vurulub. Tərəflər 40 milyon avro və əlavə 5 milyon avro bonusda ortaq məxrəcə gəlib. 22 yaşlı vinger həftə ərzində Rusiyaya yollanaraq, tibbi müayinədən keçəcək və "Zenit"lə 5 illik müqavilə imzalayacaq. Futbolçunun illik məvacibi 6,5 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Malkom "Barselona"ya ötən il 41 milyon avro qarşılığında "Bordo"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest