AFFA-nın Region Liqasının 2019-20 mövsümünün qeydiyyat mərhələsinə start verir. Matc.az xəbər verir ki, qeydiyyat sabahdan etibarən başladılacaq.

Proses sentyabrın 15-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən komandalar müraciət ərizələrini regionliqası@affa.az ünvanına göndərə bilər. 7 gün ərzində Region Liqasının İşçi Qrupu tərəfindən müraciətlər cavablandırılacaq.

Müraciət ərizəsində komanda rəhbərliyi və ya təmsil etdiyi qurum tərəfindən stadion, təhkükəsizlik, ev oyunlarına təcili tibbi yardım ayrılması və səfər oyunlarına nəqliyyatın təmini ilə əlaqədar zəmanət verilməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest