"Barselona"nın əfsanəvi kapitanı Karles Puyol yenidən doğma komandasında çalışa bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu ona baş menecerlik vəzifəsini təklif edib.

Rəhbərlik Pep Sequranın istefasından sonra yaranan boşluğu məhz Puyolla doldurmaq niyyətindədi. Ona artıq təklif edilib və sabiq müdafiəçi düşünmək üçün vaxt istəyib. Kataloniyalıların bu post üçün digər namizədi isə hazırkı texniki direktor Erik Abidaldı.

Qeyd edək ki, Karles Puyol 2014-cü ildə "Barselona"da idman direktorunun müavini kimi çalışıb. O, həmin vəzifədən ayrıldıqdan sonra menecer kimi çalışmağa başlayıb və FIFA səfiri olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest