Fransalı yarımmüdafiəçi Frank Riberinin karyerasını harda davam etdirəcəyinə aydınlıq gəlib. Matc.az saytının "Bild" nəşrinə istinadən məlumatına görə, veteran futbolçu Yaxın Şərq klublarından biri ilə anlaşıb.

Mövsüm başa çatdıqdan sonra "Bavariya"dan ayrılan 36 yaşlı hücumameyilli oyunçu Qətər və ya Səudiyyə Ərəbistanı klublarından birinə keçəcək. Keçidin bu gün rəsmən açıqlanması gözlənilir. "Monako"nun təklifini rədd edən Riberi artıq Avropada oynamaq niyyətində deyil.

Qeyd edək ki, Frank Riberi 2007-ci ildən bəri "Bavariya"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest