"Qarabağ"la ilk görüşdə bərabərə qalmağı bacardıq. Bir çox komanda belə vəziyyətdə 0:2 və ya 0:3 hesabı ilə uduzur. Ancaq biz bərabərlik qolunu vurduq, hətta qalib də gələ bilərdik. Cavab görüşünə də "Qarabağ" erkən qolla başladı".

"Meydanda olduğun hər dəqiqə nəyisə öyrənirsən". Matc.az saytının məlumatına görə, bunu "Dandolk"un qapıçısı Qari Rocers deyib.

Veteran qolkiper çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la keçirilən oyunları dəyərləndirib. 38 yaşlı qolkiper "Dalğa Arena"dakı cavab matçında 0:3 hesablı məğlubiyyətə baxmayaraq, son dəqiqələrə qədər mübarizə apardıqlarını düşünür.

O, ilk oyunda qələbə qazana bilmədikləri üçün təəssüfləndiyini də əlavə edib: "Qarabağ"la ilk görüşdə bərabərə qalmağı bacardıq. Bir çox komanda belə vəziyyətdə 0:2 və ya 0:3 hesabı ilə uduzur. Ancaq biz bərabərlik qolunu vurduq, hətta qalib də gələ bilərdik. Cavab görüşünə də "Qarabağ" erkən qolla başladı. Ancaq "sınmadıq", onları qapıdan uzaq tutduq. Son 20 dəqiqəyə girdiyimiz zaman hələ də bərabərlik imkanımız var idi. ümumi hesab bunu əks etdirməsə də, son dəqiqələrə qədər mübarizədən qopmadıq. Bu, müsbət haldı. Yaxşı futbolla yanaşı, nəticə qazanmağı da bacarmalısan. Biz həmişə yaradıcı futbol oynamağa çalışırıq. Ancaq bəzən "Qarabağ" kimi rəqiblə qarşılaşdığın zaman müdafiə olunmağı da bacarmalısan".

Avropa Liqasına yuvarlanan "Dandolk" III mərhələdə Slovakiya təmsilçisi "Slovan"la qarşılaşacaq. Rocers növbəti oyunları daha yaxşı keçirəcəklərinə inanır: "Mövsümün əvvəlindən hədəfimiz Avropa Liqasının qrupuna düşmək olub. "Qarabağ"la oyunlar bizə müsbət təsir etməlidi və indi daha yüksək səviyyədə çıxış edə bilərik. Gələn həftə daha yaxşı oynayacağımıza ümid edirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest