2019/2020 mövsümünün hazırlıqlarını davam etdirən "Sumqayıt" təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub. Matc.az xəbər verir ki, iyulun 18-dən Ankaranın Kızılcahamam bölgəsində yerləşən komanda Türkiyə hazırlığını bu gün səhər saatlarında keçirdiyi bərpa məşqi ilə yekunlaşdırıb. 

"Sumqayıt" bu gün saat 23:40-da Türkiyənin paytaxtı Ankaradan Bakıya yola düşəcək. Ayxan Abbasovun yetirmələri  avqustun 5-də 2 günlük istirahətin ardından Sumqayıtda çempionatın birinci turu üçün hazırlıqları bərpa edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest