"Barselona" daha bir transferə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu sol cinah müdafiəçisi Xordi Albaya alternativ tapıb.

Belə ki, İspaniya çempionu çoxdandı xidmətində maraqlı olduğu "Betis"li Junio Firponun transferində qarşı tərəflə ortaq məxrəcə gəlib. Klublar arasında anlaşmaya əsasən, bu keçid "Barsa"ya 25 milyon avroya başa gələcək. Futbolçunun klubla anlaşmasının detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, "Betis"in yetirməsi olan 23 yaşlı Junior Firpo ötən ildən əsas komandada çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest