03 Avqust 2019, 09:24
FUTBOL
"İlk yarıda çox yaxşı oynayırdıq, "Neftçi" üçün təhlükəli anlar yaradırdıq. Bizim Avropa Liqasında oyun təcrübəmizin az olmasını bəhanə gətirmək olmaz. Bu adi oyundu və başqalarından fərqləndirmirəm. Avropa kuboklarında çıxış etmək bütün Tula futbolçuları üçün mühüm hadisə idi". Matc.az xəbər verir ki, bunu "Arsenal"ın qapıçısı Mixail Levaşov deyib.
"Arsenal" "Neftçi" ilə hər iki qarşılaşmada məğlub olmaqla (0:1, 0:3), Avropa Liqasından kənarda qalıb. Levaşovun fikrincə, "Neftçi" ilə oyunlarda nə baş verdiyini hələ də anlaya bilmirlər: "Qarşıda bizi çempionatın mühüm oyunları gözləyir, ona görə bu məğlubiyyəti unutmağa çalışacağıq".