Azərbaycanın veteran futbolçusu, "Neftçi"nin hücumçusu olmuş Samir Ələkbərov Ukrayna Premyer Liqasında yarışan "Lvov" klubunda fəaliyyətə başlayıb. Matc.az xəbər verir ki, Ələkbərov baş məşqçinin fiziki hazırlıq üzrə köməkçisi təyin olunub. "Lvov" klubunun rəsmi saytında da həmyerlimiz məşqçi kimi göstərilib.

50 yaşlı mütəxəssis artıq 2 aydı "Lvov"da çalışır.

O bildirib ki, Ukrayna Premyar Liqasının səviyyəsi yüksəkdi. "Bura azərbaycanlı futbolçuların gətirilməsində vasitəçi ola bilərəmmi? Bu, mənim səlahiyyətimdə deyil. Ukraynada daha çox cənubi amerikalı futbolçulara üstünlük verilir. Əgər klub rəhbərliyi və baş məşqçi azərbaycanlı futbolçularla maraqlanarsa, məmnuniyətlə, onlarla bağlı məlumat verərəm" – deyə, Ələkbərov bildirib.

Xatırladaq ki, veteran futbolçumuz bir müddət Azərbaycanın U-21 millisinin baş məşqçisi, eləcə də "Sumqayıt"da məşqçi işləyib. qol.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest