Futbol üzrə Latviya çempionatında 24-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi "Liepaya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Valmiera" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Vüqar da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.
 
Komandasının yeganə qolunu da Vüqar vurub. Millimizin sabiq forvardı 59-cu dəqiqədə hesab arasındakı fərqi minimuma endirməklə "Liepaya"da qol hesabını açıb. Cari mövsümdə vurduğu qolların sayını 8-ə (digər 7 qolu "Dauqavpils"in heyətində vurub) çatdıran futbolçumuz bombardirlərin yarışında zirvəyə şərikdi.
 
"Liepaya" hazırda 28 xalla 9 komanda arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest