Futbol üzrə Litva 1-ci liqasında 18-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi "Jonava" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Vilnüs"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
 
Kamran da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib. Cari mövsümdə 6 qol vurmuş gənclərdən ibarət millimizin üzvü bu dəfə fərqlənə bilməyib.
 
"Jonava" 18 oyuna topladığı 30 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest