05 Avqust 2019, 13:28
FUTBOL
"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğanın taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya millisinin üzvü "şəhərlilər"də qalacaq.
Bir müddət əvvəl komandadan ayrılması gözlənilən Türkiyə əsilli orta sahə oyunçusu Premyer Liqa çempionu ilə yeni müqavilə bağlamaqda razılaşıb. Tezliklə 29 yaşlı oyunçu uzunmüddətli sözləşməyə qol çəkəcək.
Qeyd edək ki, İlkay Gündoğanın "Mançester Siti" ilə hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdi.