05 Avqust 2019, 17:15
FUTBOL
"Qəbələ" 50 min manat məbləğində cərimə olunacaq. Matc.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev söyləyib. O bildirib ki, buna səbəb klubun əvəzedici komandasının 2019/2020 mövsümündə I divizionda iştirakdan imtina etməsidi. Musayev vurğulayıb ki, hər bir kluba əvəzedici komandanın I divizionda iştirakı üçün 100 min manat veriləcək. İmtina edənlər isə bunun yarısı qədər cərimələnəcək.
PFL prezidenti divizionun yeni mövsümündə oynayacaq 13 komandanın adına aydınlıq gəldiyini, avqustun sonunda çempionatın başlayacağını bildirib.