06 Avqust 2019, 12:03
FUTBOL
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası "Dinamo"da ayrılıq baş verib. Matc.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Abdul-Aziz Tetteh Moskva təmsilçisi ilə vidalaşıb.
Qanalı orta sahə oyunçusu sosial şəbəkə vasitəsilə Premyer Liqa klubuna vida məktubu paylaşıb. 29 yaşlı oyunçu karyerasını Türkiyədə davam etdirəcək. O, "Qazişəhər" klubu ilə anlaşıb.
Qeyd edək ki, Abdul-Aziz Tetteh "Dinamo"ya ötən ilin yanvarında "Lex"dən keçmişdi.