PSJ hücumçusu Neymarın gedişinə razılıq verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris təmsilçisi Braziliya millisinin üzvünü icarə əsasında göndərməyin tərəfdarıdı.

27 yaşlı "sambaçı" uğrunda mübarizədə əsas namizəd "Barselona" olsa da, fransızlar qarşı tərəflə olan münasibətlərə görə, onu sabiq klubuna satmaq niyyətində deyil. PSJ Neymarın icarə əsasında başqa kluba yollanmasına çalışır. Rəhbərlik bununla bağlı hətta 3 kluba - "Real", "Yuventus" və "Mançester Yunayted"ə təklif də göndərib.

Qeyd edək ki, "Barselona"nın bu transfer üçün 250 milyon avro təklif etdiyi bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest