İtaliya millisinin hücumçusu Mario Balotelli Braziliyaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu bu ölkənin klubundan təklif alıb.

Yay fasiləsində "Marsel"dən ayrılan və hazırda azad agent statusu daşıyan 29 yaşlı forvard "Flamenqo"nun diqqət mərkəzindədi. Braziliya klubu ona 2,5 illik müqavilə təklif edib. Balotelli razılıq versə, illik məvacibi 4 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Mario Balotelli "Marsel"ə bu ilin yanvarında "Nitsa"dan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest