07 Avqust 2019, 13:07
AVROPA LİQASI
Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin qonağı olacaq "Bney Yehuda" İsraili tərk edib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Təl-Əviv təmsilçisi bu gün səhər saatlarında çarter reysilə Bakıya yola düşüb.
Ancaq komanda səfərə tam heyətlə yollanmayıb. Belə ki, kapitan İtzik Azuz, həmçinin Amit Zenati və Eytan Velblum Bakıdakı qarşılaşmada meydana çıxa bilməyəcək. Buna səbəb hər 3 futbolçunun zədədən əziyyət çəkməsidi. Baş məşqçi Yossi Abukasis onların İsraildə qalmasını və müalicələrini davam etdirməsini üstün tutub.
Qeyd edək ki, "Neftçi" - "Bney Yehuda" oyunu sabah "Bakcell Arena"da keçiriləcək.