Fransanın "Monako" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Fransanın digər klubu "Monpelye"dən müdafiəçi Ruben Aqiları transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
Fransalı sağ cinah müdafiəçisi "Sent-Etyen"in yetirməsidi. 2017-ci ildən "Monpelye"də çıxış edən futbolçu, daha öncə "Qrenobl" və "Oser"də də forma geyinib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest