Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yenicə transfer olunduğu "Vulverhempton" yarımmüdafiə xəttini gücləndirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi "Milan"ın yarımmüdafiəçisi Frank Kessi ilə anlaşmaq üzrədi.

Klublar arasında danışıqlar müsbət yekunlaşıb. İlkin anlaşmaya görə, "Milan" bu keçiddən 25 milyon avro qazanacaq. 22 yaşlı orta sahə oyunçusunun çıxışı italyanlara daha 3 milyon avro bonus qazandıra bilər. "Milan"da illik maaşı 2,5 milyon avro olan Kessinin yeni komandasındakı gəliri isə 2,8 milyon təşkil edəcək. Keçidin yaxın saatlarda açıqlanması gözlənilir.

Qeyd edək ki, "Vulverhempton" Renat Dadaşovla 4 illik müqavilə bağladıqdan sonra onu "Pakoş de Ferreyra"ya icarəyə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest