"Real"ın yarımmüdafiəçisi Marko Asensio əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Təlim-məşq toplanışı zamanı dizindən ciddi xəsarət alan və çarpaz bağları qopan İspaniya millisinin üzvünün əməliyyatı uğurla keçib. Ulduz futbolçunun 8-9 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, Asensio Beynəlxalq çempionlar Kubokunda "Arsenal"la (2:2) keçirilən oyunda zədələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest