"Neftçi" UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Bney Yehuda" ilə ilk oyunundan (2:2) sonra bərpa məşqi edib. Matc.az xəbər verir ki, "ağ-qaralar" bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə hazırlıq keçib.

Sabah istirahət edəcək "flaqman" avqustun 11-də cavab matçının hazırlığına start verəcək.

Qeyd edək ki, avqustun 15-də Petak Tikva şəhərindəki "Ha Moşava" stadionunda keçiriləcək "Bney Yehuda" – "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest