"Səbail"dən ayrılan Bilal Həmdi və Dilan Duventrunun yeni klubunun adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, hər iki oyunçu Kipr "Olimpiakos"u ilə anlaşıb.

Nikosiya təmsilçisi rəsmi saytı vasitəsilə hər iki futbolçu ilə rəsmi müqavilə imzalandığını bəyan edib.

Qeyd edək ki, Bilal Həmdi və Dilan Duventru "Səbail"ə bu yay "Zirə"dən keçsə də, Avropa Liqasındakı uğursuz çıxışdan sonra hər ikisi ilə müqaviləyə xitam verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest