09 Avqust 2019, 17:23
FUTBOL
"Mançester Yunayted"in hücumçusu Aleksis Sançes İtaliyaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, çilili forvard "Roma"nın diqqət mərkəzindədi.
"Canavarlar" 31 yaşlı oyunçunu icarəyə götürmək niyyətindədi. Paytaxt təmsilçisi oyunçuya ilinə 20 milyon avro maaş verməyə hazırdı. "Qırmızı şeytanlar" da yüksək məvacibindən qurtulmaq üçün onu göndərməyin əleyhinə deyil.
Qeyd edək ki, Aleksis Sançes "Mançester Yunayted"ə ötən il "Arsenal"dan keçib.