"İnter"in yarımmüdafiəçisi İvan Perişiç Almaniyaya qayıtmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Xorvatiya millisinin üzvü "Bavariya"nın maraq dairəsindədi.

Klublar arasında danışıqların ilkin mərhələsi müsbət nəticələnib. Razılığa əsasən, 30 yaşlı futbolçu növbəti mövsümü icarə əsasında münhenlilərdə keçirəcək. "Bavariya" gələn ilin yayında onu 30 milyon avroya transfer etmək hüququna malik olacaq. İndi yalnız oyunçunun özünün bu keçidə razılıq verməsi qalıb.

Qeyd edək ki, İvan Perişiç "İnter"ə 2015-ci ildə "Volfsburq"dan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest